+994 (50) 600 72 02
office@homrend.az
Tbilisi prospekt 48, Baku, Azerbaijan, AZ1010

Hebeschiebe Sürgülü Sistem


Hebeschiebe Sürgülü Sistem - Hebeschiebe alüminium sürgülü qapı sistemləri günümüzde evlərdə və villalarda daha çox istifadə edilən bir məhsul növünə çevrilmişdir. Hebeschiebe sürgülü qapı isə öz seqmentində həm keyfiyyət həm də möhkəmlik cəhətdən özünü kifayət qədər doğrultmuş bir məhsuldur.Bu sistemlər dəniz kənarında,havanın kəskin küləkli və yağışlı olduğu yerlərdə olan evlər,restoranlar və digər obyektlər üçün nəzərdə tutulmuşdur. Özəlliklə salon və mətbəx qapı çıxışlarında istifadə rahatlığı və füsünkar görünüşü ilə böyük maraq qazanmışdır. Hebeschiebe sürgülü qapı modelleri 3 metrə qədər bütöv şüşədən framuqasız çox rahatlıqla açılıb bağlanır.İstəyə uyğun olaraq 1 sabit 1 açılan və ya hər 2-si açılan modellər mövcuddur. Qanad ağırlığı 250-300 kq yükdaşıma qabiliyyətinə uyğun mexnizmalar ilə tənzimlənmişdir. Kasa-qanad arasında EDPM fitillər olduğundan hərəkətlilik üst səviyədədir. Alüminium Hebeschiebe Sistemlərinin rayları paslanmaz polad materialından olmaqla yanaşı, güvənli kilit mexanizmi istifadə rahatlığını yaradır. Möhkəm dayanıqlı aluminyum profil və içərisində olan xüsusi hazırlanmış izo plastik qatı sayəsində bu sistem istər görüntü istərsədə keyfiyyət baxımından ideal bir seçimdir.İstifadə olunan profillər Türkiyə,Almaniya və Yunanıstan istehsalıdır.Aksesuarlar isə Avropa istehsalıdır.