Fotosel- Fotosel qapılar ofislərdə,restoranlarda,otellərdə və mağazalarda istifadə üçün nəzərdə tutulan bir məhsuldur. Fotoselli avtomatik sürüşmə qapıları istənilən məkanda girişin rahatlığını və səmərəliliyini təmin etmək üçün böyük rol oynayır. Təmasda olmadan açılma üstünlüyünə malik olan bu qapılar içəridə olan tənzimlənmiş havanın çölə axın etməsinin də qarşısını alır.
Sistem aluminyum profillərdən,temper şüşədən və mexanizmadan ibarətdir.Profillər və mexanizmalar Türkiyə,Almaniya və İtaliya istehsalıdır. Girişdən istifadə etməzdən əvvəl barmaq izi, şifrə və yaxud da kart istifadəsi ilə siz bu tip qapılara həm də giriş təhlükəsizliyi kimi xüsusiyyətlər də artıra bilərsiniz.
Fotoselli qapılarda səssiz açılıb bağlanma, istilik və səs izolyasiyası kimi xüsuyyətləri də nəzərə almaq lazımdır. Zəngin və keyfiyyətli məhsul çeşidi ilə müştərilərimizin xidmətindəyik.