Skylight - Tavanlar üçün yeni texnologiyalarla yaradılmış bu məhsul Məkanın daxili interyerini hava, günəş şüaları, xarici küçə, bağ sahəsi ilə ahəngdar etməsinə köməklik edir. Skylight tavan sistemi kafe, çardaq, şəxsi evlər, teras, hovuzlar və s. nəzədə tutulmuş bir sistemdir.Bu sistem bütöv və ya şüşə parçalarından və ağır yük daşıyıcı alüminyum profillərdən ibarətdir.Bu da sistemimizin kəskin dəyişən küləkli ,yağışlı və qarlı hava şəraitinə asanlıqla tab gətirməsinə imkan yaradır.
Skylight şüşə lövhələri səs-küyün və istilik izolyasiyası baxımından yüksək hermetikliyə malikdir. Bu sistem vasitəsilə çöldə yağan yağış-qar, səs, küy sizin istirahətinizə mane ola bilməyəcək. Skylightda məkanınızı su və nəmişlikdən qorumaq üçün xüsusi hazırlanmış su kanal sistemi suyun kənara axıdılması üçün çox yüksək səviyyədə tərtib edilmişdir.Konstruksiya tam rahatlığı, möhkəmliyi, təhlükəsiziliyi təmin edir və eyni zamanda məkanınızın işıqlılığını, rahat şəkildə havalandırmasını və təbiətlə daha yaxın olmanızı yaradır.Sistemdə istifadə olunan şüşələr istəkdən asılı olaraq tək qat,iki qat və laminat olaraq dəyişdirilə bilər.Şüşə və profil rəngi müştərinin istəyinə uyğun olaraq dəyişir.Yüksək keyfiyyətə malik zəngin məhsul çeşidi ilə müştərilərimizin xidmətindəyik.